30.1.11

preyazı: müəllif heyyətindən


bloqa girib, yazıları oxuyanda elə əvvəlki yazılarımızda olduğu kimi, bir mənfilik var - vaxt itkisi.
təbii ki, yazılarımızı oxumadan like edənləri çıxsaq :)
siz uzaq başı bizim fikirlərlə razılaşıb, günüvüzün geridə qalan "əzablarına" keçəcəksiz.
sadəcə bu yazını oxuyan hamı kimi, siz də dərdinizi soyutmaq, özünüzə təsəlli yeri axtarırsınız.
öz içinizdəki dünyaya boylanırsız. bu sözlərlə razılaşmaya da bilərsən. bu öz işindi.
burdakı yazıları oxumuya da bilərsən. bu da öz işindi.
bu bloqda müxtəlif cür yazılara yer ayrılacaq və bacardıqca sizə məlumatlar veriləcək. bu bizim işimizdi.
əttökən statistikalara, hər hansı bir pis vəziyyətin düzələcəyi üçün verilən boş vədlərə, sözlərə can atmayacıq.
nəyisə düzəltmək, dəyişmək fikrimizdə yoxdur. məqsədimiz yazılanlarla gördüyünüz arasındakı fərqi anlatmaqdı.
əsas olaraq paytaxda baş verən və ya baş vermiyənləri göstərəcik.
hamı və hər şey burda ola bilər. məşğuliyyətindən və yaşından asılı olmuyaraq.
əgər bir gün bu bloqda özünüzü də görsəz, təcüblənməyin!

PS, şəkillər şəxsən, biz tərəfindən çəkilir və hazırlanır. heçbir net zibillərini dövriyədən keçirib istifadəyə buraxmırıq.

27.1.11

photoyazı



bu yaxınlardan etibarən Fərq Var`da "photoyazı" bölməsi start götürəcək.
bu layihənin məqsədi, gözümüzə ilişən məqamları bizim prizmadan sındırıb sizə göstərməkdir.
bölməsindən, yazı qaydasından asılı olmayaraq, əsasən ölkədə baş verənlərə subyektiv baxış.
follow və ya rss lazım deyil. 
bütün yazılar elə bilavasitə Fərq Var feysbuk səhifəsindən paylaşılacağ..